Rusiya sərhədçiləri avqustun 1-dək “Zvartnots” hava limanını tərk edəcəklər


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-dək “Zvartnots” hava limanında xidmətini dayandıracağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bunu Paşinyan mətbuat konfransında deyib.
“Rusiya sərhədçilərinə göndərilən bildiriş, ilk növbədə, təşəkkür məktubudur. Bu məktubda tarix göstərilir - 1 avqust 2024-cü il. Məhz həmin gündən Rusiya sərhədçiləri “Zvartnots” hava limanında xidməti dayandıracaqlar. Bu, iş prosesidir, siyasi proses deyil”, - Paşinyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top