“Rus sərhədçilərinin İrəvandakı aeroportdan çıxarılması barədə bildiriş almışıq” – Peskov


“Rusiya Ermənistandan rus sərhədçilərinin “Zvartnots” hava limanında işini dayandırması barədə bildiriş alıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq jurnalistlərə müsahibəsində bildirib.
“Həqiqətən də bununla bağlı Ermənistandan məktub daxil olub və hazırda İrəvanla təmaslar aparılır. Ona görə də, indi mən bundan artıq bir şey deyə bilmərəm”, - deyə Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvan hava limanında Rusiya sərhədçiləri ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək”, - Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, çərşənbə axşamı Paşinyan sərhədçilərin rusiyalı həmkarlarına erməni tərəfinin onların köməyi olmadan “Zvartnots” hava limanında xidmət edə biləcəkləri barədə məlumat verdiklərini bildirmişdi.
Digər tərəfdən, Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İrəvanın Rusiya sərhədçilərinin “Zvartnotsda”kı fəaliyyətini dayandırmaq üçün Moskvaya rəsmi məktub göndərdiyini bəyan etmişdi.
Xatırladaq ki, Rusiya sərhədçiləri hava limanındakı keçid məntəqəsində 1992-ci ildən xidmət göstərirlər.

DİGƏR XƏBƏRLƏR

Top