“İrəvan və Bakı iki ölkənin sərhədini təsadüfən keçən və cinayət törətməyən hərbçiləri qaytarmaq barədə razılığa gəliblər”.
Yeniavaz.com xəbər bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
“Uzun müddət əvvəl Azərbaycanla razılıq əldə edilmişdi ki, itkin düşən və qonşu tərəfdə qalan hərbçilər öz vətənlərinə qayıdacaqlar. Prezident İlham Əliyevlə mən görüşlərin birində təsdiq etdik ki, Ermənistan və Azərbaycan dövlət sərhədini təsadüfən keçən və qonşu tərəfdə cinayət törətməyən hərbçilər geri qaytarılacaq”, - Paşinyan bildirib.