“Azərbaycanla delimitasiya Ermənistanın Tavuş rayonundan başlaya bilər” – Paşinyan


“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi Ermənistanın Tavuş rayonundan başlaya bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Ola bilsin ki, delimitasiya prosesi Tavuş rayonundan başlasın. Bu məsələ ilə bağlı qərarlar qəbul edərkən biz vəziyyətin tam təhlilindən çıxış etməliyik. Danışıqlar zamanı belə bir təəssürat yarandı ki, reallıqlara əsaslanaraq, biz ərazi mübadiləsi apara bilərik. Ancaq mənə elə gəlir ki, belə bir ehtimal azdır”, - Paşinyan bildirib.
“Biz maraq göstərməliyik ki, delimitasiya və demarkasiya prosesi başlasın və irəli getsin. Bu zaman üç məqamı nəzərə almaq vacibdir. Birincisi hüquqi komponent, ikincisi funksional məsələlərin həlli, üçüncüsü isə qeyd olunan zonada yaşayan insanların təhlükəsizliyidir. O zaman delimitasiya olunmuş sərhəd uzunmüddətli sabitliyin dəmirlə örtülmüş qarantına çevrilə bilər”, - o, qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top