![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/3/12/1/d9da94fc-9d83-496d-b12f-c9560b179945/qezza-acliq-yeni784.jpg)
Qəzza zolağında xəstəxanalarda aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Qəzzanın şimalında yerləşən “Kamal Advan” xəstəxanasında kəskin qida və su çatışmazlığından iki uşaq ölüb.
Bununla da aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb.
Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının şimalında sığınacaq və xəstəxanalardakı uşaqların 15%-dən çoxunun kəskin qida və su çatışmazlığından əziyyət çəkdiyini bildirmiş, onların təxminən 3%-nin vəziyyətinin daha ağır olduğunu qeyd etmişdi. ÜST həmçinin, son aylarda Qəzza əhalisinin qidalanma səviyyəsindəki kəskin azalmanın görünməmiş səviyyədə olduğunu vurğulamışdı.