“Apple” “AirPods Pro” qulaqlıqlarını eşitmə cihazına çevirə bilər


“iOS 18-in istifadəyə verilməsi ilə “Apple” “AirPods Pro” simsiz qulaqlıqlarının eşitmə cihazı kimi istifadəsinə icazə verəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “9to5Mac” məşhur insayder və “Bloomberg” müxbiri Mark Qurmanın “Power On” bülleteninin yeni buraxılışına istinadən məlumat yayıb.
Qeyd edilir ki, “AirPods” artıq 2018-ci ildə iOS 12 ilə işə salınan “Live Listen” təklif edir. Bu xüsusiyyət “iPhone”u real vaxt rejimində səsi “AirPod”lara ötürən istiqamətləndirici mikrofona çevirir. Yəni “Live Listen” sayəsində eşitmə problemi olan insanlar “iPhone”u səs mənbəyinə yaxın yerləşdirə və bununla da qulaqlıq vasitəsilə onu daha yaxşı eşidə bilərlər.
Bildirilir ki, 2021-ci ildə “Apple” həmçinin “AirPods Pro”da “Conversation Boost”u təqdim edib və bu da qulaqcıqların mikrofonlarının həssaslığını artırır ki, istifadəçilər qarşısındakı insanları daha yaxşı eşitsinlər. Bəzi araşdırmalar göstərir ki, “Conversation Boost” artıq “AirPods Pro”nu eşitmə qüsurlu insanlar üçün bəzi tibbi cihazlara bənzədir.

DİGƏR XƏBƏRLƏR

Top