“Bəzi addımlarımızın Rusiyaya qarşı yönəldiyini iddia etmək təxribatdır” – Akopyan


“Ermənistanın Rusiyaya qarşı hər hansı addım atmasının iddia edilməsi təxribatdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə parlamentin regional məsələlər və Avrasiyaya inteqrasiya məsələləri üzrə daimi komissiyasının sədr müavini, Baş nazir Nikol Paşinyanın partiyasının üzvü Vaqarşak Akopyan brifinqdə bildirib.
Akopyan qeyd edib ki, Moskva İrəvanın müttəfiqi olaraq qalır:
“Ermənistan heç bir ölkəyə, xüsusən də Rusiyaya qarşı heç bir iş görmür, çünki indiyə qədər biz Rusiyanın müttəfiqi və eyni iqtisadi zonada yerləşən ölkə hesab olunuruq. Bizim bəzi addımlarımızın Rusiyaya qarşı yönəldiyini iddia etmək sadəcə təxribatdır və reallıqla heç bir əlaqəsi yoxdur. Biz bütün tərəfdaşlarımızla normal münasibətdə olmaq üçün əlimizdən gələni edirik və heç kimə qarşı işləmirik. Biz heç kimə qarşı işləyə bilmərik. Əgər bunu kiməsə qarşı işləmək kimi qəbul etmək olarsa, biz Ermənistanın xeyrinə işləyirik, və mən hesab edirəm ki, bu, yanlış qiymətləndirmə və siyasi vəziyyətin yanlış şərhidir”.
Deputat həmçinin xatırladıb ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanda yerləşir və İrəvanla Moskva arasında uzunmüddətli əməkdaşlıq tarixi var:
“Həmçinin bir çox mürəkkəb məsələlər var, paylaşmaya biləcəyimiz qiymətləndirmələr var, amma əslində kifayət qədər yaxşı əməkdaşlığımız var. Xatırlatmaq istərdim ki, son illərdə ixracımız artıb. Ermənistanın dövlət maraqlarına qarşı çıxmaq düzgün deyil və ya bu maraqdan irəli gələn hər hansı hərəkət başqa ölkənin ictimai maraqlarına uyğundur”.
 

DİGƏR XƏBƏRLƏR

Top