
“Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin Ermənistanı dəstəkləməsi ilə bağlı bəyanatları Qərbin respublikanı Rusiyaya qarşı alətə çevirmək istəyini təsdiqləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
“Biz Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin “Rusiyadan gələn təhdidlər” qarşısında Ermənistanı dəstəkləməyə hazır olduğunu bildirən açıqlamalarına diqqət etdik. Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi artıq bizi təəccübləndirmir. Lakin Hippinin ifşaları həm də birbaşa təsdiqidir ki, Qərb Ermənistanı regionda Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyir”, - məlumatda deyilir.
Nazirlikdən qeyd edilib ki, bu, İrəvandakı məsul siyasətçilərin ciddi düşünməsi üçün səbəbdir.
Tətbiqimizi yükləyə bilərsiniz