
Rusiya ABŞ və Avropanın Ukraynaya göndərə biləcəyindən təxminən üç dəfə çox artilleriya mərmisi istehsal edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN NATO kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Alyans ölkələrinin kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiya ayda təxminən 250 min, yəni ildə təxminən 3 milyon artilleriya mərmisi istehsal edir. Avropa kəşfiyyatının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Avropa və ABŞ birlikdə Ukraynaya hər il cəmi 1,2 milyon mərmi göndərə bilir. Alyansın adının açıqlanmasını istəməyən yüksək səviyyəli rəsmisinin telekanala verdiyi məlumata görə, NATO hazırda sənaye müharibəsi vəziyyətindədir.
Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” nəşri NATO-nun adı açıqlanmayan yüksək rütbəli rəsmisinə istinadən Rusiyanın müdafiə istehsalının hazırkı tempini iki ildən beş ilədək saxlaya biləcəyini yazmışdı. İsveçli hərbi ekspert Oskar Yonsson nəşrə verdiyi məlumatda Rusiyanın bir çox müdafiə sektorunda istehsalı kifayət qədər artırdığını bildirmişdi. Fevralın 20-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Rusiya qoşunlarında pilotsuz uçuş aparatlarının 17, döyüş sursatlarının 17,5 dəfə, tankların isə 6 dəfə artdığını bildirmişdi.