Zelenski Zalujnının bütün müavinlərini işdən çıxarmaq istəyir


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının bütün müavinlərini vəzifəsindən azad etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko “Telegram” kanalında məlumat verib.
“Zalujnı ilə birlikdə onun bütün müavinlərini işdən çıxarmağı planlaşdırırlar: Yevgeni Moysyuk, Nikolay Balan, Mixail Zabrodski”, - deputat bildirib.
Qeyd edək ki, bundan əvvəl Zelenski İtaliyanın RAI telekanalına müsahibəsində ölkənin hərbi rəhbərliyində kadr dəyişikliyi ehtimalını nəzərdən keçirdiyini etiraf etmişdi. O, ölkənin təkcə hərbi komponenti deyil, bütün inzibati aparatının kadr yenilənməsini zəruri hesab etdiyini vurğulamışdı.

DİGƏR XƏBƏRLƏR

Top