Bakıdakı taksilərin sayı 3 dəfə azaldılacaq – Nazir müavini açıqladı


“Bu gün aparılan işlər çərçivəsində Bakıda taksilərin sayı 67 mindən 60 minə qədər azalıb”.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu gün keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, Bakının adam sayı nəzərə alınmaqla cəmi 20 min çivarında taksiyə ehtiyacı var:
“Hazırda bizim avtobuslar və yük maşınlarında sürücülərə ehtiyacımız var. Bir taksini bəzən iki nəfər də işlədir. Bu səbəbdən taksilərin sayının azaldılması insanların iş yerlərinin itirməsi demək deyil”.
R. Hümmətov qeyd edib ki, bundan başqa, ikinci iş kimi taksi fəaliyyəti ilə məşğul olanlar da var.

DİGƏR XƏBƏRLƏR

Top