Van Qoqun tablosu 4,5 milyon avroya satıldı


Maastrixtdə keçirilən Avropa təsviri incəsənət sərgisində Vinsent van Qoqun “Ağ papaqlı kəndli qadının portreti” kimi tanınan tablosu 4,5 milyon avroya satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Əsərin satıcısı kimi Nyu Orleanda yerləşən “M. S. Rau” qalereyası çıxış edib. Alıcı Avropadan kənarda öz muzeyi olan şəxsi kolleksiyaçı olub. Lakin kolleksiyaçının kimliyi açıqlanmayıb.
63x48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilən rəsm Van Qoq tərəfindən 1884-cü ildə Niderlandın Nuenen şəhərində (indiki Eyndhoven şəhəri) çəkilib.
Qeyd edək ki, keçən il Niderlandda Van Qoqun oğurlanmış tablosu tapılıb. Van Qoqun 3-6 milyon avro dəyərində olan “Bahar Nuenendəki Kahin bağı” adlı tablosu polisin köməyi ilə niderlandlı sənət detektivi Artur Brand tərəfindən aşkar edilib. Rəssamın 1884-cü ildə çəkdiyi rəsm koronavirus pandemiyası zamanı Amsterdam yaxınlığında yerləşən “Singer Laren” Muzeyindən oğurlanıb.

DİGƏR XƏBƏRLƏR

Top