
Martın 11-də səhər saatlarında Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçi missiyasının avtomobili Sünik rayonunda qəzaya uğrayıb.
Yeniavaz.com “Shamshyan.com”a istinadla xəbər verir ki, hadisə Tatev-Lçen yolunun 13-cü km-də baş verib.
“Nissan Pathfinder” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, yol kənarındakı qayalara çırpılıb və aşıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Sürücü Avstriya vətəndaşı, sərnişinlər Polşa vətəndaşı olub.
Tətbiqimizi yükləyə bilərsiniz