Abramoviç İspaniya klubunu almaq istəyir


Rusiyalı iş adamı və “Çelsi” futbol klubunun keçmiş sahibi Roman Abramoviç İspaniyada yeni futbol klubu ala bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, sahibkar “Valensiya”nı almaqda maraqlıdır. İspaniya komandasının azarkeşləri ümid edirlər ki, mümkün sahib dəyişikliyi ilə klubun mövqeyi xeyli yaxşılaşacaq. Belə ki, komanda hazırda La Liqada səkkizinci yerdədir.
Qeyd edək ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funta alıb. O vaxtdan bəri London klubu beş dəfə İngiltərə Premyer Liqasının çempionu olub, iki dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub, beş dəfə İngiltərə Kubokunu və üç dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
Abramoviç 2022-ci ilin mayında klubu sanksiyalara görə satıb.
Komandanın yeni sahibi isə Todd Boulidir. Onun dövründə komanda uzun müddətdən sonra ilk dəfə 2022/23 mövsümündə avrokuboklara vəsiqə qazana bilməyib. İndi londonlular İngiltərə çempionatında 11-ci yerdədir. Komanda Liqa Kubokunun finalında da “Liverpul”a 0:1 hesabı ilə uduzub.

DİGƏR XƏBƏRLƏR

Top