
2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə 589 itki verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında qeyd edilib.
Son məlumatlara görə, daha bir İsrail hərbçisi bazar günü Qəzza zolağının cənubunda öldürülüb.
Beləliklə, İsrail ordusunun itkiləri 589 nəfərə çatıb. Onlardan 249 hərbçi Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olub.