AzTV Arayik Arutyunyandan müsahibə alıb


Hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Qarabağdakı keçmiş separatçı rejimin prezidenti olmuş Arayik Arutyunyan Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Həftə” analitik informasiya proqramının anonsunda bildirilib.
Anonsda müsahibədən kadrlar da təqdim olunub. Sözügedən müsahibənin martın 28-də yayımlanacağı bildirilib.
Xatırladaq ki, Arayik Arutyunyan 2023-cü il oktyabrın 3-də həbs edilərək Bakıya gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top