Son 24 saat ərzində Qəzzada azı 82 nəfər ölüb


İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı son 24 saat ərzində ən azı 82 fələstinli ölüb, 122 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri Deyr əl-Bələhdə iki evə hücum edib, nəticədə 5 dinc sakin həlak olub:
“Xan Yunisin şərqində yerləşən Əl-Qarara qəsəbəsində bir evin bombalanması nəticəsində ən azı üç fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb. İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərinin qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində iki fələstinli mülki şəxs ölüb, yeddisi yaralanıb”.
Qeyd olunur ki, İsrail ordusunun ötən ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatın qurbanlarının sayı 30 min 960 nəfərə çatıb, 72 min 524 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top