
ABŞ dövlət katibi Antoni Blinken ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Vaşinqtonda keçirdiyi görüşdə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.
“Dövlət katibi Blinken və xarici işlər naziri Fidan Suriya, Cənubi Qafqaz və Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi üzrə ABŞ-Türkiyə əməkdaşlığını müzakirə ediblər”, - Miller deyib.
Onun sözlərinə görə, tərəflər Ukrayna münaqişəsinə baxmayaraq, Qara dənizdə təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bəyan ediblər.
Bildirilir ki, dövlət katibi və xarici işlər naziri ikitərəfli ticarətin və investisiyaların genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz