
“Prezidentliyə namizədliyini irəli sürməyi planlaşdıran ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli planını hələ təqdim etməyib, lakin ABŞ-da mühafizəkar dairələrdə yayılan fikirlər bunun necə görünə biləcəyini göstərir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti “Trampın Ukrayna üçün gizli planı” başlıqlı məqaləsində yazıb.
Bildirilir ki, keçmiş prezident daha əvvəl yenidən seçiləcəyi təqdirdə münaqişəni 24 saat ərzində dayandırmaq niyyətində olduğunu deyib:
“Lakin mühafizəkar dairələrdə bir vaxtlar bu siyasi mühitdə nüfuzunu genişləndirən milyarder İlon Maskın formalaşdırdığı əsas məqamlar var. Onlar düşünür ki, Rusiya Krımı və digər əraziləri öz nəzarətində saxlayacaq və Kiyev NATO-ya daxil ola bilməyəcək”.
Qeyd edilir ki, həmçinin Trampın ABŞ-ni NATO-dan çıxarıb Avropanın müdafiəsindən imtina edə biləcəyi ilə bağlı qorxular var:
“Ümumiyyətlə, Trampın Rusiya və Ukrayna arasında müharibədə kimin qalib gəlməsi lazım olduğunu indiyədək heç vaxt deməməsi narahatedicidir. Onun susması çox şeydən xəbər verir.
Nəşr diqqət çəkib ki, Trampın Ukrayna ilə bağlı bəyanatları həm onun prezidenti Volodimir Zelenskini, həm də NATO müttəfiqlərini əsəbiləşdirir:
“Tramp çoxdan real faktor olub: onun göstərişi ilə Nümayəndələr Palatasındakı respublikaçılar Kiyevə 60 milyard dollarlıq yardım paketinin qarşısını alırlar”.
Tətbiqimizi yükləyə bilərsiniz