Ələsgər Məmmədli və Ruslan İzzətli 4 aylıq həbs edildi – Yenilənib

ələsgər məmmədli və ruslan izzətlinin saxlanıldığı bildirilir
III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Yeniavaz.com
“Report”a isitnadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***18:13
Bakı şəhəri Xətai Rayon Məhkəməsi martın 9-da “Toplum TV” işi üzrə saxlanılan daha 1 nəfər barədə həbs qətimkan tədbiri seçib.
Yeniavaz.com
“Report”a istinadən xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərarla Ələsgər Məmmədli həbs olunub.
Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.
Əməliyyatlarla Akif Qurbanov, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov saxlanılıb, onlara 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.
Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.
Bir müddət əvvəl Akif Qurbanov, Ramil Babayev və İlkin Əmrahov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Fərid İsmayılov və Elmir Abbasov barəsində isə ev dustaqlığı qərarı verildiyi bildirilir.
Qeyd edək ki, bu gün Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli və III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top