“ChatGPT”nin yaradıcısı yenidən idarə heyətinə qayıdır


“ChatGPT”nin yaradıcısı Sem Altman “OpenAI”nin direktorlar şurasına qayıdacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OpenAI”nin mətbuat xidməti məlumat yayıb.
Altmanın direktorlar şurasına qaytarılması qərarı “WilmerHale” hüquq firmasının auditindən sonra qəbul edilib. Bundan əlavə, “OpenAI” rəhbərləri şirkətin idarəetmə strukturunda dəyişiklikləri təsdiqləyiblər. Xüsusilə, yeni korporativ idarəetmə təlimatları qəbul edilib, bütün işçilərin və podratçıların anonim məlumatlandırılması üçün qaynar xətt yaradılıb.
Qeyd edək ki, Altmanın direktorlar şurasından uzaqlaşdırılması əvvəlki idarə heyəti ilə baş direktor arasında münasibətlərin pozulması və etibarın itirilməsi nəticəsində baş vermişdi. Belə ki, 17 noyabr 2023-cü ildə “OpenAI”nin direktorlar şurası Sem Altmanı idarə heyəti ilə qarşılıqlı əlaqədə səmimi olmadığına görə istefaya göndərmək qərarına gəlmişdı. Bununla belə konkret səbəb açıqlanmamışdı.

DİGƏR XƏBƏRLƏR

Top