
“Biz Azərbaycanla atəşkəs deyil, sülh prosesini müzakirə edirik”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənidan arasında sülh sazişi layihəsi üzrə danışıqlar davam edir.
“Başqa müzakirə platformaları da var. Ölkə liderləri səviyyəsində görüşlər və xarici işlər nazirləri arasında danışıqlar aparılır. Biz bir çox məsələlərdə razılığa gələ bildik, lakin elə məsələlər var ki, onların üzərində tərəflərin mövqeləri hələ də bir-birindən fərqlidir”, - Mirzoyan bildirib.