“Maserati” elektrikli kabrioletini təqdim etdi – Foto


“Maserati” avtomobil şirkəti dördyerlik “GranCabrio” kabrioletinin ikinci nəslini təqdim edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, yeni model eyni zamanda “Tesla Roadster”in tam ötürücülü və üç elektrik mühərrikli tam elektrik avtomobili kimi təklif olunur.
Elektrikli “Maserati GranCabrio” 751 at gücünə malik maksimal gücü ilə 100 km/s sürəti 3 saniyədən də az bir vaxtda yığır.
“GranCabrio” 483 və 542 at gücünə malik iki yanacaq versiyası olan 3,0 litrlik V6 mühərriki ilə təchiz edilib. Onlar 8 dişli avtomatik hidromexaniki transmissiyaya malikdirlər və arxa təkərlərə doğru hərəkət edirlər.
“Maserati GranCabrio” tam avtomatik yığıla və açıla bilən parça dam örtüyünə malikdir. Dam örütüyü 14 saniyə ərzində yığıla və açıla bilir.
Dam örtüyünü avtomobil hərəkət edərkən də (50 km/saatdan az sürətdə) yığmaq və açmaq olar. Həmçinin, dam örtüyünü məsafədən də yığa və ya aça bilərsiniz.
Örtüyün qara variantı ilə yanaşı, mavi, tünd qırmızı və iki çalarlı boz variantları da var.
Yeni modelin yaxın aylarda kütləvi istehsala buraxılacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top