
İlon Maska məxsus “X” sosial şəbəkəsi “YouTube”la rəqabət aparmaq üçün “Amazon” və “Samsung” Smart TV-lər üçün proqram təqdim edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə günü “Fortune” jurnalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb. Yeni platformanın interfeysi televizorlara quraşdırılmış “YouTube” tətbiqi ilə eyni olacaq.
“Mask “YouTube”la rəqabət aparmaqda qərarlıdır”, - deyə nəşrin mənbəsi bildirib.
Beləliklə, amerikalı milyarder “X” istifadəçilərini böyük ekranda uzun videolara baxmağa inandırmaq və sosial şəbəkəyə reklam verənləri cəlb etmək istəyir.
Tətbiqimizi yükləyə bilərsiniz