Orban Trampla görüşdü


Macarıstanın Baş naziri Viktor Orban cümə günü Floridadakı Mar-a-Laqo malikanəsində keçmiş ABŞ prezidenti Donald Trampla görüşüb.
Yeniavaz.com
MTI xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Bertalan Havaşi məlumat yayıb.
Mətbuat katibinin sözlərinə görə, onlar bir saat danışıblar. Macarıstan xarici işlər naziri Peter Siyarto da görüşlə bağlı Floridaya gedib. Görüşdən sonra proqram birgə şam yeməyi və konsertlə davam edib.
Sözçü Orban və Trampın hansı mövzuları müzakirə etdiklərini açıqlamasa da, ABŞ-yə səfərdən əvvəl Macarıstan rəsmiləri Ukraynadakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, Macarıstan hökuməti Trampın noyabr seçkilərində qalib gəlməsini və Ağ Evə qayıtmasını arzuladığını gizlətmir. O, ABŞ-nin keçmiş prezidentinə Ukrayna münaqişəsinin həllinə və ikitərəfli münasibətlərin yaxşılaşmasına ümid bəsləyir.
Xatırladaq ki, ABŞ-yə səfəri çərşivəsində Orban martın 7-də Vaşinqtona gedib və burada mühafizəkar “Heritage Foundation” analitik mərkəzində çıxış edib. Eyni zamanda, ABŞ Prezidenti Co Baydenlə görüş onun proqramına daxil edilməyib və o, Amerikaya onun dəvəti ilə deyil, noyabr seçkilərində ehtimal olunan rəqibi ilə görüşmək üçün gəlib. Ekspertlər bu vəziyyəti NATO müttəfiqləri üçün demək olar ki, görünməmiş hesab edirlər.

DİGƏR XƏBƏRLƏR

Top