Böyük Britaniyanın müdafiə naziri Kiyevə getdi


Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində siyasətçinin özü məlumat verib.
“Mən bütün demokratik dünya üçün həyəcan təbili çalmaq üçün Kiyevdəyəm. Biz Ukraynanın bu döyüşdə qalib gəlməsini təmin etməliyik”, - deyə Şapps Ukrayna paytaxtından çəkilmiş videoda bildirib.
Müdafiə naziri əlavə edib ki, Böyük Britaniya Ukrayna üçün bu günə qədər ən böyük hərbi dəstək paketini təmin etməklə çox şey edib. Onun fikrincə, indi başqa ölkələr də eyni addımı atmalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top