
“Qəzzada hər gün orta hesabla 63 qadın öldürülür, onlardan 37-si evindən didərgin düşən analardır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsinin (UNRWA) “X” sosial media platformasındakı bəyanatında bildirilib.
Bəyanatda İsrailin hücumlarında ən az 8900 qadının öldürüldüyü və daha çoxunun dağıntılar altında qaldığı vurğulanıb.
Bəyanatda həmçinin, İsrailin hücumlara başladığı 7 oktyabrdan bu yana Qəzza zolağında 23 mindən çox qadını yaraladığı qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz