Paşinyan parlamentdə hakim partiyanın deputatları ilə qapalı iclas keçirdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə Ermənistan Parlamentində hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasının üzvləri ilə qapalı iclas keçirib.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə “Mülki müqavilə” partiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, parlamentdə keçirilən iclasda Ermənistanın iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
İclasdan sonra həm hakim partiyadan olan deputatlar, həm də hökumət üzvləri jurnalistlərin suallarına cavab olaraq, qapalı iclasda konkret hansı məsələlərin müzakirə edildiyinə aydınlıq gətirməkdən imtina ediblər.

DİGƏR XƏBƏRLƏR

Top