İndoneziya və Filippin sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasında yerləşən, təxminən 105 min nəfər əhalisi olan Filippinin Mati şəhərindən 146 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 125 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.