
İsrail ordusunun Fələstinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 78 insan həlak olub.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi verib.
“Son 24 saat ərzində İsrail qüvvələri Qəzzada 78 nəfəri öldürüb, 104 nəfəri yaralayıb”, - məlumatda bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Fələstin anklavında hərbi əməliyyatlara başlamasından indiyədək həlak olan fələstinlilərin ümumi sayı 30 878 nəfərə çatıb, 72 402 fələstinli isə yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz