Britaniya Ukrayna üçün PUA- ların sayını 10 minə çatdıracaq


Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin alınmasına əlavə olaraq 125 milyon funt sterlinq (160 milyon dollar) ayıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin  bəyanatında bildirlib.
Bəyanatda deyildiyi kimi, bu, krallığın Kiyevə ötürdüyü pilotsuz təyyarələrin sayını 10 minə çatdıracaq.
Yanvarda Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Silahlı Qüvvələri üçün PUA-ların alınmasına 200 milyon funt sterlinq (256 milyon dollar) ayrıldığını açıqlamışdı. Bu məbləğin 325 milyon funt-sterlinqə (416 milyon dollar) çattırılması barədə açıqlama isə Böyük Britaniya müdafiə naziri Qrant Şappsın Kiyevə səfəri ilə eyni vaxta təsadüf etmişdi.
Qeyd edək ki, Ukraynaya əsasən FPV pilotsuz təyyarələrinin veriləcəyi bildirilir.
Kiyev həmçinin Böyük Britaniyada hazırlanmış 1000-ə yaxın sursat, pilotsuz kəşfiyyat avadanlığı, habelə dənizdə istifadə üçün nəzərdə tutulan PUA-lar alacaq ki, onların da alınması üçün 100 milyon funt-sterlinq (128 milyon dollar) ayrılacaq.
Xatırladaq ki, bu günə qədər Britaniya tərəfi Ukraynaya 4 mindən çox pilotsuz təyyarə verib. Çatdırılmalar 2024-cü ilə qədər davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top