
“Ermənistanın Azərbaycanla uzunmüddətli sülh sazişi bağlamaq imkanı var” .
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Anadolu” agentliyinə bildirib.
“İnanıram ki, xalqlarımızın sülhə ehtiyacı var. Dünyanın digər xalqları kimi bizim xalqlarımız da sülhə layiqdir və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik. İndi bizim həqiqətən də sülhə nail olmaq imkanımız var”, - Mirzoyan bildirib.
Ermənistan XİN rəhbəri azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüşlərin hələ müəyyən edilmədiyini, lakin tərəflərin daimi təmaslarını davam etdirdiyini qeyd edib.