Hakan Fidan Sallivanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.
Yeniavaz.com
NTV-yə istinadən xəbər verir ki, görüşdə Qəzza, Ukrayna, Suriya, İraq və Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.
Bildirilir ki, görüş zamanı Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımların artırılmasının vacibliyi müzakirə edilib. Danışıqlarda əldə olunan yekun nöqtə qiymətləndirilib.
“Fidan Ukraynadakı müharibənin daha da uzadılmamalı, Ukraynanın ərazi və siyasi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib.
Suriyada terror təşkilatlarına qarşı mübarizədə qətiyyətimizi vurğuladıq. ABŞ-nin bu məsələdə müttəfiqlik ruhuna uyğun hərəkət etməli və PKK-nın yaraqlıları ilə əlaqələrini kəsməli olduğu bildirilib.
Biz İraqda siyasi sabitliyə verdiyimiz önəmi qeyd etdik. İraqda məskunlaşmış terror təşkilatları ilə mübarizə məsələsi müzakirə olunub.
Bildirilib ki, Azərbaycan-Ermənistan sülh prosesi dəstəklənir və burada əldə olunacaq tərəqqi Qafqazın çiçəklənməsi üçün həlledici olacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top