
“Heç kim Ukrayna Prezidenti Volodimir Zelenskinin kortejini vurmağı planlaşdırmırdı”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.
“Hər şey hər kəsə aydındır. Odessada kortejə hücumun olmaması da. Hədəf qoyulsaydı, vurulardı”, - Medvedev bildirib.
Xatırladaq ki, ötən gün Rusiya Odessanın liman infrastrukturuna raket hücumu edib. Zərbə nəticəsində 5 nəfər həlak olub. Bildirilib ki, hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşündən bir qədər əvvəl baş verib. Partlayış diplomatik heyətinin yerləşdiyi yerdən 150 metr aralıda baş verib. Kiriakos Mitsotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar.
Tətbiqimizi yükləyə bilərsiniz