
İsrail ordusunun ötən ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ölənlərin sayı 30,8 min nəfərə çatıb.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.
“İsrailin Qəzzaya təcavüzü başlayandan bəri 30 min 800 fələstinli öldürülüb, daha 72 min 298 fələstinli yaralanıb”, - məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, təkcə son sutka ərzində İsrail hərbçilərinin Qəzzanın müxtəlif bölgələrinə hücumları nəticəsində 83 nəfər ölüb, 142 nəfər yaralanıb.
Bombalama zamanı dağılan binaların dağıntıları altında onlarla qurbanın olduğu bildirilir. Qeyd olunur ki, İsrail hərbçiləri təcili yardım və mülki müdafiə maşınlarının dağıntı yerlərinə yaxınlaşmasına icazə vermir.
Tətbiqimizi yükləyə bilərsiniz