
İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı Suren Papikyan ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, Aştiani erməni həmkarına regiondan kənarda təhlükəsizlik axtarışının əks nəticə verəcəyini deyib.
Məhəmməd Rza Aştiani hesab edir ki, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır:
“Əks halda region fövqəldövlətlər arasında münaqişələr meydanına çevriləcək. Biz regionun əcnəbilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik. Bu bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək”, - Aştiani deyib.
Tətbiqimizi yükləyə bilərsiniz