
ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından çəkildiyini açıqlayıb.
Yeniavaz.com “Fox News” telekanalına istinadla xəbər verir ki, o, bu barədə Cənubi Karolina ştatının Çarlston şəhərindəki çıxışında bəyanat verib.
“Təşviqat kampaniyasını dayandırmaq vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, - siyasətçi bildirib.
“Associated Press” agentlyi yazır ki, Heylinin yarışdan geri çəkilməsi keçmiş prezident Donald Trampı Respublikaçıların prezident seçkilərində əsas namizədinə çevirib.
Heyli seçicilərini qarşıdan gələn seçkilərdə Trampı dəstəkləməyə çağırmayıb.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz