Qəzzada aclıqdan ölənlərin sayı 20-yə çatdı


Qəzza zolağında aclıqdan ölən fələstinlilərin sayı 20-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında xəstəxanada 15 yaşlı yeniyetmənin ölümündən sonra aclıqdan ölən fələstinlilərin sayı 20-yə çatıb.
Telekanal onu da qeyd edib ki, BMT-nin məlumatına görə, Fələstin anklavının sakinlərinin təxminən 85%-i ərzaq, su və dərman çatışmazlığı ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıb.
Digər tərəfdən, Qəzza zolağında bina və tikililərin təxminən 60%-i zədələnib və ya tamamilə dağılıb.
Oktyabrın 7-dən bəri İsrail ordusunun zərbələri nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 30,7 mindən çox fələstinli həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top