
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Baş Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat nəticəsində raket hücumlarına görə məsuliyyət daşıyan HƏMAS liderini zərərsizləşdirdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ömər Atiya Dərviş Ələddini keçən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun hazırlanmasında mühüm rol oynayıb. O, İsrailin mülki ərazilərinə, o cümlədən Təl-Əvivə və İsrailin cənubundakı icmalara raket atışlarına nəzarət edib və Qəzzada quru əməliyyatı zamanı İsrail əsgərlərinə raket hücumlarına cavabdeh olub.
Tətbiqimizi yükləyə bilərsiniz