Fərid İsmayılov da saxlanılıb, cinayət işi açılıb


Toplum TV-nin əməkdaşı, jurnalist Fərid İsmayılov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Meydan TV-yə onun vəkili Zibeydə Sadıqova bildirib.
O, bildirib ki, juranlistin evində axtarış aparılıb. Z. Sadıqova qeyd edib ki, Fərid İsmayılovla görüşüb:
“Bildirdi ki, evində tapılan 3 min 100 avro ona məxsus deyil”.
Qeyd olunub ki, Fərid İsmayılova qarşı Cinayət Məcəlləsinin 206.3.2 – qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, ötən gün Toplum TV-nin ofisində axtarış aparılıb, həmçinin əməkdaşlardan bir neçəsinin saxlanıldığı bildirilir.
Xatırladaq ki, III Respublika Platformasının spikeri Akif Qurbanova da cinayət işi açılıb, onun evində axtarış aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top