Xəbər verdiyimiz kimi, III Respublika Platformasının spikeri Akif Qurbanovun evində axtarış aparılıb. Onun vəkili Şəhla Hümbətova KİV-ə açıqlamasında prosesdə iştirakına icazə verilmədiyini, həmçinin zorakılığa məruz qaldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı APA-ya açıqlamasında Şəhla Hümbətovanın dediklərini təkzib edib.
“Hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir. Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”, - inspektor bildirib.