
“Apple” kanadalı “iPhone” istifadəçilərinə 14,4 milyon dollar ödəməyə razılaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.
Bildirilir, Amerika korporasiyası əvvəllər şirkəti “iPhone”un sürətini azaltmaqda günahlandıran Kanada sakinləri ilə mübahisəli məsələni həll edib. “Apple” uzun müddətdir ki, batareyaları köhnəlmiş smartfonların məhsuldarlığını aşağı salıb.
Razılaşmaya əsasən, hər bir iddiaçı 17.50 ilə 150 Kanada dolları (13-111 ABŞ dolları) alacaq. Ödəniş məbləği şəraitdən asılı olaraq müəyyən ediləcək.
“Apple” istifadəçilərini təmsil edən hüquqşünasların fikrincə, təklif olunan nizamlanma ədalətli, ağlabatan və bu məsələnin ən yaxşı həlli olub.