“Partlayış onlardan 150 metr aralıda baş verib, 5 nəfər ölüb” – Yenilənib


Martın 6-da Rusiyanın Odessanın liman infrastrukturuna raket hücumu nəticəsində 5 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə LIGA.net-ə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.
“Düşmən şəhərin liman infrastrukturunu vurub. Beş nəfər ölən. Yaralıların sayı dəqiqləşdirilir”, - Pletençuk bildirib.
Jurnalistlər qeyd edir ki, Odessaya raket zərbəsi Ukrayna Prezidenti Volodimir Zelenskinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşündən bir qədər əvvəl həyata keçirilib.
Partlayış diplomatik heyətinin yerləşdiyi yerdən 150 metr aralıda baş verib.
Kiriakos Mitsotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar.

***20:20
“Rusiya Odessada Ukrayna Prezidenti Volodimir Zelenskinin kortejinə raket zərbəsi endirib”.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə martın 6-da Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin şəhərə səfəri zamanı baş verib.
Ukrayna mənbələri bu barədə şərh verməyib.
Qəzet Yunanıstan hökumətindəki anonim mənbələrə istinad edir.
Nəşr bildirir ki, Yunanıstan nümayəndə heyətindən heç kim xəsarət almayıb. Nəşr yalnız Yunanıstan rəsmilərinin vəziyyətini şərh edib.

DİGƏR XƏBƏRLƏR

Top