“WhatsApp”da yeni funksiya


“WhatsApp” messencerinin Android əməliyyat sistemi ilə işləyən cihazlarda  istifadəçiləri üçün yeni funksiya əlçatan olacaq.
Yeniavaz.com
xəbər verir ki, “WABetaInfo” portalının məlumatına görə, onlar artıq tətbiqdə stiker yarada biləcəklər.
Qeyd olunur ki, stiker fotoşəkildən və ya təsvirdən hazırlana bilər. İstifadəçilər artıq tətbiqdə mövcud olan stikerləri də redaktə edə biləcəklər.
“Stikerlər” bölməsinə keçməklə yeni funksiyadan istifadə etmək olar. Yenilik sizə öz stikerinizi hazırlamaq üçün üçüncü tərəf xidmətlərinə müraciət etməməyə imkan verəcək.
Bu seçimi təqdim edən tətbiqin beta versiyası “Google Play” onlayn mağazasında mövcuddur. Portal müəllifləri yaxın vaxtlarda onun geniş istifadəçilər üçün əlçatan olacağını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top