“Aİ hərbi istehsal gücünü 50% artırıb” – Borel


Ukraynada müharibə başlayandan bəri Avropa İttifaqı (Aİ) hərbi istehsal gücünü 50% artırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Cozef Borel bildirib.
“Əvvəlcə müharibə ehtiyatlar hesabına təmin edilirdi. İndi biz müharibəni istehsal hesabına təmin edirik. Müharibə iki ildir davam etdiyinə görə, tezliklə bitmək ehtimalı da azdır. Buna görə də, hərbi texnikaya ehtiyac çoxdur. Ehtiyatlar tükənsə də, istehsal imkanları artır”, - Borel bildirib.
Ancaq buna baxmayaraq, o qeyd edib ki, bu gün də Aİ-nin hərbi istehsal gücü istənilən səviyyədə deyil.
“Biz hərbi istehsalı 50% artırmışıq, ancaq o, daha çox artmalıdır, lakin maliyyə əsasdır. Bizim Avropada Pentaqonumuz yoxdur. Bizdə yüksək alıcılıq qabiliyyətinə malik olan, bazarı və sənayeni stimullaşdıran qurum yoxdur”, - Aİ diplomatiyasının rəhbəri bildirib.
Bununla bağlı o, müdafiə-sənaye siyasətinin qəbul edilməsinin zəruriliyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top