Tramp daha dörd ştatda ilkin seçkilərin qalibi oldu


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Virciniya, Şimali Karolina, Tennessi və Oklahoma ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib.
Yeniavaz.com
“Amerikanın Səsi” radiosuna istinadla xəbər verir ki, bu gün 15 ştatda prezident seçkiləri ilə bağlı namizədi seçmək üçün Super Çərşənbə axşamı çərçivəsində Respublikaçıların praymerizləri keçirilib.
Prezidentlik uğrunda növbəti dəfə Co Baydenlə mübarizə aparmağa hazırlaşan Trampın Respublikaçıların praymerizində böyük qələbə qazanacağı gözlənilir.
Tramp öz “Truth Sosial” platformasında Virciniya və Şimali Karolina sakinlərinə təşəkkür edib.
Onun yeganə rəqibi, BMT-nin keçmiş səfiri Nikki Heyli Trampın namizədlik yoluna ciddi maneə yaratmasa da, yarışdan geri çəkilməkdən imtina edib.
“RealClearPolitics”in tərtib etdiyi “exit-poll” nəticələrinə görə, Tramp ilkin seçkilərdə Heylini 65 xal qabaqlayır. İndiki prezident Co Bayden isə ondan iki xal geridə qalır.

DİGƏR XƏBƏRLƏR

Top