Türkiyədə 1 milyon 547 min qadın oxuyub-yazmağı bilmir – Rəsmi


Türkiyədə 25 yaşından yuxarı əhalinin 3,3%-i oxuyub-yazmağı bilmir.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, oxuyub-yazmağı bilməyənlərin nisbəti kişilər arasında 0,9%, qadınlar arasında isə 5,7% təşkil edib.
Qeyd edək ki, Türkiyədə 25 yaşdan yuxarı 27 milyon 136 min qadının olduğu bildirilir. Bu isə o deməkdir ki, bu ölkədə 1 milyon 547 min qadın oxuyub-yazmağı bilmir.
Bundan başqa oxuyub-yazmağı bilən, lakin məktəbə getməyənlər əhalinin 4,1%-nə bərabər olub. Qadınlar arasında məktəbə getməyənlərin payı 6,3% olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top