
Keçən oktyabrda anklavda gərginlik kəskin şəkildə artmağa başlayandan bəri İsrailin Qəzza zolağının müxtəlif hissələrini bombalaması və atəşə tutması nəticəsində 30 min 700-dən çox fələstinli həlak olub.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə məlumatları Qəzza Səhiyyə Nazirliyi təqdim edib.
“Qəzza zolağında İsrail təcavüzünün qurbanlarının sayı hazırda 30 min 717 nəfərdir”, - nazirliyin məlumatında bildirilib.
Məlumata görə, daha 72 min 156 fələstinli yaralanıb.
Nazirliyin məlumatına görə, təkcə son 24 saat ərzində İsrail qüvvələri Qəzzada 86 nəfəri öldürüb, 113 nəfəri yaralayıb.
Bundan əlavə, Qəzzada gərginliyin artmasından bu yana 348 tibb işçisi həlak olub, 269 həkim, o cümlədən yerli xəstəxanaların bir neçə baş həkimi həbs edilib.