Qəzzada daha bir jurnalist öldü


İsrail ordusunun Qəzza zolağına hücumlarında daha bir jurnalistin həlak olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı media ofisindən verilən yazılı bəyanatda qeyd olunub.
Məlumata görə, Qəzzadan efirə çıxan “Əl-Əqsa” televiziyasının spikeri və jurnalisti Məhəmməd Səlamə İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Bəlah şəhərindəki evə hücum nəticəsində ölüb.
Beləliklə, İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında öldürülən jurnalistlərin sayı 133-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top