PKK-nın Süleymaniyyə lideri zərərsizləşdirildi


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyə şəhərində keçirdiyi əməliyyatla PKK terror təşkilatının Süleymaniyyə liderlərindən Hüsnü Kümeki zərərsizləşdirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.
Məlumata görə, bir vaxtlar PKK terror təşkilatının liderlərindən Cəmil Bayık və Duran Kalkanın kuryeri və mühafizəçisi olan “Şevger Azad” və “Aras” kod adlı terrorçu Hüsnü Kümekin Süleymaniyyə şəhərində olduğu müəyyən edilib.
PKK-nın qondarma kəşfiyyat təşkilatında yer alan, Süleymaniyyə və Kelarda təşkilata dəstək verən dairələr üçün təlimlər təşkil edən terrorçu Kümekin əldə etdiyi kəşfiyyat məlumatlarını təşkilatın rəhbərliyinə ötürdüyü və yerli sakinləri Türkiyəyə qarşı təşkilatlandırdığı müəyyən edilib.
Terrorçunun gizləndiyi yeri müəyyən edən MİT Süleymaniyyədə həyata keçirdiyi əməliyyat nəticəsində PKK-nın Süleymaniyyə liderini zərərsizləşdirib.
PKK-ya 1999-cu ildə qoşulan Kümek 2002-2003-cü illərdə təşkilatın liderlərindən Duran Kalkanın qondarma mətbuat katibi də olub. PKK liderlərindən Cəmil Bayıkın etibar etdiyi təşkilat üzvlərindən biri kimi də tanınan terrorçu “silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olub.

DİGƏR XƏBƏRLƏR

Top